Albert Riera “Fənərbağça”ya kömək edə bilər
“Qalatasaray”ın heyətində zədəli olan Albert Riera bazar günü “Fənərbağça” derbisində komandasına kömək edə bilər. Superliqanın sonuncu turunda “Sivasspor”la qarşılaşmada forma geyinə bilməyəm ispaniyalı futbolçu, artıq komanda ilə birgə məşqlərə başlayıb. Lakin baş məşqçi Fatih Terimin qarşılaşmada Rieraya güvənəcəyi sual altındadır.

Qeyd edək ki, “Qalatasaray” - “Fənərbağça” derbisi bazar günü “Türk Telekom Arena”da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start verəcək.

Xəbər 797 dəfə oxundu.