«Çelsi»nin hədəfləri
London «Çelsi»sinin rəhbərliyi qış transfer dövründə komandanın ön xəttini gücləndirməyi düşürür. İdman.com.az saytı xəbər verir ki, klub seleksiyaçılarının diqqəti İspaniya çempionatına tərəf yönəlib.

Çempionlar Liqasının son qalibinin əsas hədəfləri Madrid «Real»ının forvardı Qonsalo İquain və «Atletiko»nun hücumçusu Radamel Falkaodur. «Çelsi»nin sahibi Roman Abramoviçin köməkçisi Marina Qranovskaya bu futbolçuların transferərini müzakirə etmək üçün artıq Madriddə olub.

Bundan əlavə, «zadəganlar», «Nyukasl»ın forvardı Demba Ba uğrunda «Arsenal»la mübarizə aparmaq niyyətindədir. Bu futbolçunu almaq istəyən komanda 7 milyon funtundan keçməli olacaq.

Xəbər 1431 dəfə oxundu.