Qazaxıstandan 3 medalla
Qazaxıstanda keçirilən boks üzrə qadınlar arasında beynəlxalq turnirdə milli komandamızın 3 üzvü yarımfinala vəsiqə qazanıb. İdman.com.az saytının məlumatına görə, dünya çempionatının gümüş medalçısı, London olimpiadasının iştirakçısı Yelena Vıstropovanın (69 kq) qələbəsi daha parlaq olub.

O, rəqibini 3 dəfə noqdauna saldığından hakimlər döyüşü saxlayaraq, qələbəni yığmamızın üzvünə veriblər. Leyla Cavadova da (75 kq) əzmkar qələbə ilə yadda qalıb. Boksçumuz 1-ci raundda noqdauna düşsə də, qazaxıstanlı rəqibini 11:10 hesabı ilə məğlub edib.

Aynur Rzayeva da 1/4 final mərhələsində qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Əzizə Abbasova isə yerli boksçu ilə döyüşdə bərabər səviyyədə mübarizə aparsa da, qələbə rəqibə verilib – 8:9.

Xəbər 1198 dəfə oxundu.