Taekvondoçularımız Koreyada
Ölkəmizin taekvondoçulardan ibarət milli komandası Koreya Respublikasına yollanıb. Məqsəd mayın ortalarında orada keçiriləcək dünya çempionatında iştirakdır.
Yığmamızın «sübh şəfəqi ölkəsi»nə erkən səfər etməsinə səbəb, idmançılarımızın təlim-məşq toplanışından əlavə, təcrübəli yerli klublarla yoxlama görüşlərində qüvvəni sınamaqdır.
Heyətə gəlincə, dünyanın ən güclülərinin yarışında kişilər arasında ölkəmizi Samir Aydınov (54 kq), Ziya Qasımov (58 kq), Fariz Əliyev (63 kq), İlkin Şahbazov (68 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq), Təvəkkül Bayramov (87 kq), Aydın Bəhməlov (+87 kqı) təmsil edəcəklər. Qadınların mücadiləsində Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Nigar Hacıyeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq), Vonkyuq Kim (67 kq), Yelena Abbasova (73 kq) və Fəridə Əzizova (+73 kq) iştirak edəcəklər.
Qeyd edək ki, yarışdan əvvəl Dünya Taekvondo Federasiyasının Baş Assambleyası və idarə heyətinin toplantısı, eləcə də taekvondo üzrə beynəlxalq elmi simpozium keçiriləcək.

Xəbər 1313 dəfə oxundu.