Orxan Aydının “Beşiktaş”la oyuna çıxması sual altına düşüb | |
“Aliağa Petkim”in şərəfini qoruyan Azərbaycan yığmasının basketbolçusu Orxan Aydının Türkiyə çempionatında “Beşiktaş”la oyuna çıxması sual altına düşüb. Bu barədə məlumatı klubun baş məşqçisi Burak Bıyıktay verib. O bildirib ki, “ağ-qaralar”la duel öncəsi hər şey qaydasında getsə də, yeganə problem Orxanın hələ də zədədən əziyyət çəkməsidir. Bunun üçün onun meydana çıxması gözlənilmir. Qeyd edək ki, 13 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşan “Aliağa Petkim”i “Beşiktaş” 1 xal qabaqlayır. Qarşılaşma dekabrın 16-da olacaq. |
|
Xəbər 987 dəfə oxundu. |
|
|