Avropa çempionatında daha bir Azərbaycan idmançısı 1/4 finala yüksəlib
Rusiyanın Kalininqrad şəhərində davam edən boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatında daha bir Azərbaycan idmançısı 1/4 finala yüksəlib. Elvin İsayevin (60 kq) ardından Heybətulla Hacəliyev də mərhələ adlayıb.

64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Almaniyanı təmsil edən Artyom Arutunyandan üstün olub – 17:11.

Xatırladaq ki, İsayev 1/8 finalda Ermənistan yığmasının üzvü Oqanes Baçkova qalib gəlmişdi.

Xəbər 934 dəfə oxundu.