“Rubin” heyətinə yeni futbolçu qatıb
Avropa Liqasının H qrupunda Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Rubin” heyətinə yeni futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi İranın gənc futbolçusu Sərdar Azmunla müqavilə bağlayıb.

17 yaşılı Sərdar, son 2 mövsümü “Sepahan”da forma geyinib. İsfahan təmsilçisinin futbolçusu, həm də İranın yeniyetmələrdən ibarət milli komandasında çıxış edir.

Qeyd edək ki, “Rubin” bu ilin yanvar ayında İrandan qapıçı Əlirza Həqiqini də transfer etmişdir.

Xəbər 815 dəfə oxundu.