Vangelis Mantzios Yunanıstanın OFİ klubundan şikayət edib
“Bakı” klubunun futbolçusu Vangelis Mantzios əvvəllər şərəfini qoruduğu Yunanıstanın OFİ klubundan şikayət edib. Yunan futbolçu Krit təmsilçisinin ona hələ də borclu olmasından narazıdır.

Yayda transfer olunduğu “Bakı”nın heyətində möhkəmlənə bilməyərək əvəzedici komandaya göndərilən, ordan da vətəninə yollanan hücumçu OFİ-dən pulunu tələb edir. Mantzios sabiq klubunun ona 50 min avro ödəməli olduğunu iddia edir.

Xəbər 831 dəfə oxundu.