“Turan”ın yanmış bazasında təmir işləri davam edir
“Turan”ın yanmış bazasında təmir işləri davam edir. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.
Klub rəsmisi işlərin 2-3 günə yekunlaşacağını bildirib: “Hazırda problemi aradan qaldırmaq üçün bazada işlər davam edir. 2-3 gün ərzində yanğının törətdiyi fəsadlar aradan qaldırılacaq”.

Xəbər 836 dəfə oxundu.