İtaliya kubokunun 1/8 final mərhələsinin növbəti oyunları baş tutub
İtaliya kubokunun 1/8 final mərhələsinin növbəti oyunları baş tutub. “Roma” doğma azarkeşlər önündə “Atalanta”nı qəbul edib.
Paytaxt təmsilçiləri bu görüşdə qonaqlara heç bir şans verməyib və 3 qolla növbəti mərhələyə vəsiqə qazanıb – 3:0. 1/8 final mərhələsinin oyunlarına dekabrın 19-da yekun vurulacaq.

Xəbər 857 dəfə oxundu.