“Real” üçün sürpriz bir transfer iddiası ortaya atılıb
“Real” üçün sürpriz bir transfer iddiası ortaya atılıb. İspaniya nəhənginin Dortmund “Borussiya”sından Mario Qotzeni heyətinə qatmaq istədiyi deyilir.
Məlumata görə, “Real”ın prezidenti Florentino Peres yeni mövsüm üçün böyük transfer büdcəsi hazırlayıb. 200 milyon avrodan keçəcək klub prezidentinin siyahısında bu büdcə hesabına heyətə qatılacaq ilk futbolçu da Mariodu. Futbolçuya illik 4 milyon avro maaş təklif olunacaq.
Siyahıda Qotse ilə yanaşı, Eden Hazard, Yak Vilşere, İker Muniayn və Radamel Falkao da var.

Xəbər 826 dəfə oxundu.