Yeniyetmə sərbəst güləşçilər Dağıstana yollanır
13-15 dekabrda Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında Ümumrusiya ənənəvi beynəlxalq turniri keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, yarışda yığma komandamız da iştirak edəcək.

Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi ilə yığmamız sabah Dağıstana yola düşəcək. Heyətdə 12 güləşçi yer alıb. Bunlar Sabutay Əmişov (42 kq), Nihat Bağırzadə, Elvin Namazov, Mahal Novruzov (hər üçü - 46 kq), Mahir Əmiraslanov (50 kq), Məhəmməd Həsənzadə (58 kq), Məhəmmədəli Əliyev (63 kq), Loğman Ağayev (69 kq), Turxan Qurbanov, Rüstəm Hacıbəyov (hər ikisi - 85 kq), İqbal Hacızadə və Sadiq Ağamalıyevdir (100 kq).

Xəbər 1062 dəfə oxundu.