“Rəvan”ın qapıçısı Davud Kərimi əsas heyətdən uzaqlaşdırılıb
“Rəvan”ın qapıçısı Davud Kərimi əsas heyətdən uzaqlaşdırılıb. 28 yaşlı qapıçı “Neftçi” ilə oyunda verdiyi kobud səhvə görə əvəzedici komandaya göndərilib.

Belə ki, həmin görüşün 44-cü dəqiqəsində Mirhüseyn Seyidovun uzaq məsafədən zərbəsini dəf edə bilməyən qapıçı “Rəvan” rəhbərliyinin qəzəbinə tuş gəlib. Həmin oyun qurtardıqdan sonra bu haqda məlumatlandırılan futbolçu artıq bu gün əvəzedici komanda ilə ilk məşqini də keçirib. Onun hansı müddətə kimi əsas komandadan uzaqlaşdırılması bilinmir.

Qeyd edək ki, “Rəvan”ın əsas qapıçısı Lukaş Sapela sayılır. Lakin 3-cü turda ayağı sındığından, polşalı legioner hələ də gipsdə gəzir. Komandada üçüncü qapıçı isə Murad Qənbərovdur ki, 20 yaşlı futbolçu oyun praktikası sarıdan əziyyət çəkir.

Xəbər 851 dəfə oxundu.