Çingiz Hüseynzadə: Avropa Oyunlarının proqramında futbol növü olmayacaq
2015-ci il Avropa Oyunlarının proqramında futbol növü olmayacaq. Apasport.az saytının xəbərinə görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O, bu gün keçirilən mətbuat konfransında bildirib ki, hətta Yay Olimpiya Oyunlarında futbol yarışları rəmzi xarakter daşıyır. Olimpiadaya ölkələrin əsas futbol milliləri deyil, 21 yaşadək futbolçulardan ibarət yığmaları yollanır. Avropa Oyunlarına gəldikdə, proqrama futzalın salınması təklif olunub.

Amma bununla bağlı hələ yekun qərar verilməyib: “Bütün bunlar yeni idman növləri müzakirə olunarkən, danışılacaq”.

Xəbər 2313 dəfə oxundu.