Sloveniya milli komandasının yeni baş məşqçisinin adı məlum olub
Sloveniya milli komandasının yeni baş məşqçisinin adı məlum olub. İstefaya göndərilən Sinişa Stoyanoviçin xələfinin kimliyi müəyyənləşib. Sloveniya Futbol İttifaqı bu posta yerli mütəxəssis gətirməyə qərar verib. Bu, Makedoniya yığmasında və Yunanıstan “Olimpiakos”undakı fəaliyyəti ilə tanınan Sreçko Katanetsdir. Onun son iş yeri BƏƏ yığması olub ki, mütəxəssis ötən ilin sonunda ordan ayrılıb.

Qeyd edək ki, Katanets 1998-2002-ci illərdə də Sloveniya yığmasında çalışıb.

Xəbər 830 dəfə oxundu.