Sneyder və Dieqo yox - Kaka
«Qalatasaray»ın baş məşqçisi Fateh Terim qış transfer dövründə komandaya gələ biləcək ulduz futbolçular barədə yayılan xəbərlərə aydınlıq gətirib. Baş məşqçi «Sivasspor»la matçın ardından verdiyi açıqlamada klub başçısı Aysalın «Fənərbağça»nın da gündəmində olduğu iddia edilən Sneyderi və Dieqonu almağı ona təklif etdiyini bildirib.

Ancaq məşqçi özü ancaq Kaka barədə düşünür. Terim oyunsonrası mətbuat konfransında bunları deyib: «Bir oyunçuya ehtiyacımız olsa, deyərik. Bu günə qədər yazılanlardan biri doğrudu. Dieqo və ya Sneyder haradan çıxdı? Klub başçısı mənə iki oyunçunu da təklif etdi. Ancaq mən də bunların yerinə Kakanı istədiyimi söylədim».

İdman.com.az saytının məlumatına görə, bununla belə, Kakanın adı son günlər əsasən «Los Anceles Qalaksi» ilə bağı hallanır.

Xəbər 863 dəfə oxundu.