Burak və Ümiddən 20 qol
«Qalatasaray»ın iki forvardı - Ümid Bulut və Burak yılmaz ikilikdə bu mövsüm Superliqada vurduqları qolları 20-yə çatdırdılar. Ümid bu mövsüm 11 qol vurduğu halda, Burak 9 dəfə fərqlənib. Maraqlıdı ki, çempionatda iştirak edən komandalardan yarıdan çoxu ayrı-ayrılıqda bütöv komanda şəklində bu iki futbolçu ilə qol sayında rəqabət aparmaq gücündə deyillər.

Yəni, 10 komandanın bu mövsüm vurduğu qolların sayı heç 20-yə çatmır.
İki oyunçu Super Liqada 10 komanda/dəstədən çox qol vurmağı bacarıb.
Ümumilikdə, Burak Yılmaz 2012-ci ildə iştirak etdiyi bütün turnirlərdə keçirdiyi 50 oyunda 37 qol vurub.

İdman.com.az saytının məlumatına görə, forvard bu qollardan 34-nü «Trabzonspor» və «Qalatasaray»ın formasında keçirdiyi 42 oyunda vurub. Milli komandada isə 8 oyunda onun hesabında 3 qol var. Burak yılmaz həm də hər oyuna orta hesabla 0,74 qolla 2012-13-cü illər mövsümü Çempionlar Liqası qrup mərhələsində ən çox qol vuran iki oyunçudan biridir.

Xəbər 880 dəfə oxundu.