«Fənərbağça» «Çelsi» ilə rəqabət aparacaq
UEFA Avropa Liqasında qrupdan lider çıxaraq yoluna davam edən «Fənərbağça» üçün yanvar ayı transfer dövrünə dair iddialar artmağa başlayıb. İdman.com.az saytının məlumatına görə, formada tək qolçusu Mussa Sou olan İstanbul klubunda hədəflərdən biri də forvard mövqeyini möhkəmlətməkdir.

Söz-söhbətlər arasında da «Portu» formasını geyinən sürpriz bir ad var - Cekson Martines. Yayda Meksika klublarının birindən transfer edilən kolumbiyalı qolçuyla «Çelsi»nin ciddi maraqlandığı Britaniya mətbuatında yer alıb.

Bundan savayı, «Atletiko», «İnter» və PSJ-nin də ulduz oyunçu üçün sıraya girdiyi bildirilərkən, «Fənərbağça»nın adı da bu klubların yanında yer alır.
«Portu» formasıyla bu mövsüm göstərdiyi oyunla diqqəti çəkən 26 yaşlı mərkəz hücumçusu Portuqaliya Superliqasında çıxdığı 10 matçda 9 qol vurub. 1 metr 88 santimetr boylu futbolçu Çempionlar Liqasında da 6 qarşılaşmada 3 qolla fərqlənib.

İki ayağına ilə də yaxşı zərbə endirməyi bacaran Martines, güclü fiziki göstəricilərə, qüvvətli zərbələrə və hava mübarizəsində üstünlüyə malikdi.
Ulduz futbolçularını yüksək məbləğə satmasıyla tanınan «Portu»nun kolumbiyalı qolçunu satmağa hazır olduğu bildirilərkən, oyunçu üçün 20 milyon funt istənildiyi və bu pula komandanın 3 oyunçu alacağı qeyd edilir.

Xəbər 983 dəfə oxundu.