Samara şəhərində Boks üzrə Beynəlxalq Turnir keçirilib
27 noyabr – 03 dekabr 2012-ci il tarixlərində Rusiya Federasiyasının Samara şəhərində əməkdar idman ustası, 3 qat Avropa Çempionu, Dünya çempionu Vasiliy Şişovun şərəfinə Rusiya, Azərbaycan, Çin, Tayvan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və Ermənistan komandalarının iştirakı ilə Boks üzrə Beynəlxalq Turnir keçirilmişdir. Həmin turnirdə respublikamızı əməkdar məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi altında “Qızıl Əlcək” idman klubunun boksçuları, eyni zamanda Azərbaycan milli yığma komandasının üzvləri - Şaban Şahpələngov, Tafdıx Bayramov, Elnur Süleymanov, Araz İmaməliyev təmsil etmişdir. Turnir nəticəsində boksçularımız 3 qızıl və 1 bürünc medal qazanmışdır.
Qızıl medalçılar:
- Araz İmaməliyev (49 kq)
- Şaban Şahpələngov (60 kq)
- Tafdıx Bayramov (64 kq)
Bürünc medalçı:
- Elnur Süleymanov (69)
Həmin turnirdə ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil etmişdir. Ümumi medalların sayına görə komanda hesabında ölkəmiz Rusiya Federasiyasından sonra ikinci yerə layiq görülmüşdür.

Xəbər 1322 dəfə oxundu.