“Bakı-Azəryol”un rəqibi “Omiçka”nın Bakıya gələcəyi tarix məlum olub
CEV kubokunun 1/4 final mərhələsində “Bakı-Azəryol”un rəqibi “Omiçka”nın Bakıya gələcəyi tarix məlum olub. Rusiya təmsilçisi ölkəmizə cavab oyunundan 2 gün öncə gələcək.

Natalya Məmmədovanın komandası dekabrın 13-də Voleybol Mərkəzində baş tutacaq matça kimi Bakıda bir neçə məşq də planlaşdırır.

Qeyd edək ki, ilk oyundan “Omiçka” 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 883 dəfə oxundu.