Ufuk Budakın klub karyerasının çətin günləri davam etməkdədir
Milli komandamızın müdafiəçisi Ufuk Budakın klub karyerasının çətin günləri davam etməkdədir. Zədəsinə görə “Əskişəhərspor”da heyətdən kənar qalan futbolçu dekabrın 12-də Türkiyə kubokunun “Karabükspor”la oyununda da meydanda olmayacaq.

Belə ki, Ufuk Budak həkim nəzarəti üçün Əskişəhəri tərk edib. O, müayinə üçün İstanbuldadır.

Xəbər 777 dəfə oxundu.