Cihan Özkaranın komandasının oyunu təxirə salınıb
Millimizin hücumçusu Cihan Özkaranın komandasının oyunu təxirə salınıb. Dünən “Altay Alsancak” stadionunda baş tutmalı olan “Karşıyaka” – “Ərciyəsspor” qarşılaşması güclü yağış səbəbindən baş tutmayıb.

Baş hakim Mete Kalkavan meydançanın müxtəlif yerlərində topu yerə buraxıb onun qalxmadığını görüncə oyunun ertələnməsinə qərar verib. İzmirdəki görüş bu gün Bakı vaxtı ilə saat 21.00-da keçiriləcək.

Xəbər 854 dəfə oxundu.