Lionel Messi yeni dünya rekordu müəyyənləşdirib
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni dünya rekordu müəyyənləşdirib. Argentinalı 1 ildə ən çox qol vuran futbolçu adına yiyələnib. İspaniya çempionatının “Betis”lə oyunundakı ilk qol Messinin 2012-ci ildə 85-ci qolu olub. Bununla da o, əfsanəvi Herd Müllerin rekordunu təkrarlayıb. Qarşılaşmada daha bir dəfə fərqlənən cənubi amerikalı 86-ya çatmaqla yeni dünya rekordçusu olub.
Qeyd edək ki, “”Barselonanın ilin sonuna kimi daha 4 oyunu qaldığından Lionel bu rekordu yeniləmək imkanına malikdir.

Xəbər 980 dəfə oxundu.