Samarada 4 medal qazandılar
Rusiyanın Samara şəhərində dünya çempionu, 3 qat Avropa çempionu Vasili Şışovun şərəfinə beynəlxalq turnirə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, turnirdə Rusiya, Azərbaycan, Çin, Özbəkistan, Qazaxıstan, Belarus və Ermənistan idmançıları çıxış edib.

Yarışda ölkəmizi məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi altında “Qəzəl Əlcək” idman klubunun üzvləri – Şaban Şahpələngov (60 kq), Tapdıq Bayramov (64 kq), Elnur Süleymanov (69 kq) və Araz İmaməliyev (49 kq) təmsil edib. Komandamız vətənə 3 qızıl və 1 bürünc medalla dönüb.

Şahpələngov, Bayramov və İmaməliyev bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnur Süleymanov bürünc medalla kifayətlənib. Medalların sayına görə komandamız Rusiyadan sonra 2-ci yeri tutub. Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edib.

Xəbər 1108 dəfə oxundu.