Halk ayrılmaqla hədələyir
«Zenit»in Aksel Vitsellə birlikdə sentyabrda 80 milyon qarşılığına «Portu»dan aldıbı braziliyalı ulduz Halk rus klubundan ayrılmaq hədəsini yağdırıb. İdman.com.az saytının məlumatına görə, futbolçu yeni komandasından heç də razı deyil. «Milan»la matçın ardından komandasının baş məşqçisi Spallettini tənqid edən braziliyalı ulduz «Zenit»dən ayrıla biləcəyini dilə gətirdi. Matçın 80-ci dəqiqəsində oyundan alınan 26 yaşlı ulduz oyunçusuna əlini uzadan baş məşqçiyə tərs cavab verib və italyan məşqçi də buna reaksiya verib.

Qarşılaşmanın ardından açıqlama verən Halk Spallettiylə problemləri həll edilməzsə, yanvar ayında «Zenit»dən ayrılmaq istədiyini dilə gətirdi. Halk, «Ailəm və mən Sankt Peterburqda çox xoşbəxtik. Ancaq problem həll edilməzsə, önümüzdəki ay bu komandadan gedə bilərəm» deyib. Halkın hədəfində olan Spalletti isə oyunçusunun istədiyi sözləri söyləyə biləcəyini dilə gətirib. Məşqçi oyundan sonra klub rəhbəriylə görüşdüyünü və onun da edilən dəyişikliyi dəstəklədiyini söyləyib.

Halkın yanvar ayında komandadan ayrılması halında bu mövsüm forma geyinməsi qeyri-mümkün olacaq. Çünki mövsüm başında «Portu»yla liqa matçlarına çıxan braziliyalı oyunçu, «Zenit»in də formasını geyindiyi üçün eyni ildə 3-cü bir klubla müqavilə imzalaya bilməz.

Xəbər 946 dəfə oxundu.