Əmrə üçün 2 il həbs istənir
«Fənərbağça»da oynadığı dövrdə «Trabzonspor»lu Didye Zokoraya qarşı irqçi ifadələr işlətmiş Əmre Bələzoğluya qarşı məhkəmə iddiası qaldırılıb. İdman.com.az saytının məlumatına görə, yarımmüdafiəçi üçün 2 ilə qədər həbs cəzası istənir. Qanunda qaldırılan iddiaya görə cəza 6 aydan 2 ilə qədər həbsdir.

«Fənərbağça» ilə «Trabzonspor»un bu ilin 15 aprelində baş tutmuş oyundakı davranışına görə Əmre 3 oyunluq cəza almışdı. Ancaq bu cəza ona irqçilik baxımından deyil, təhqir səbəbilə verilmişdi.

Xəbər 786 dəfə oxundu.