Burak Yılmaz: «Qələbəni bayram etmək lazımdır»
«Qalatasaray»ın forvardı Burak Yılmaz komandasının Çempionlar Liqası qrup mərhələsindəki son oyununda Portuqaliya «Braqa»sı üzərində qələbəsini şərh edib. İdman.com.az saytının məlumatına görə, türkiyəli hücumçu qazandıqları uğuru lazımınca bayram etmək lazımdır:

«Qrup mərhələsində mənim üçün ən xoş xatirə «Mançester Yunayted»ə qarşı ev oyunu ilə bağlıdır. Stadionda əla ab-hava var idi. Mən qələbə qolunu vurdum. Bunu heç vaxt unutmayacağam. Turnirin ən yaxşı bombardiri olmaq məqsədim yoxdur. Mənim üçün ən əsası komandama qol vurmaqda kömək etməkdir.

Biz qarşımıza pley-offa çıxmaq məqsədi qoymuşduq və buna nail olduq. Görək püşkdə bizə kim düşəcək. Əlbəttə ki, elə komandalar var ki, onlarla oynamaq istərdik, elələri də var ki, əksinə, növbəti mərhələdə onlardan uzaq qalmamız yaxşı olardı. Ad çəkməyəcəyəm. İndi biz bugünkü qələbəmizi bayram etməliyik. Pley-off barədə düşünməyimizə isə hələ vaxt var».

Xəbər 1128 dəfə oxundu.