Bu gün Topaz Premyer Liqasında XVI tura start veriləcək
Bu gün Topaz Premyer Liqasında XVI tura start veriləcək. 4 gün davam edəcək turun ilk günündə 1 qarşılaşma baş tutacaq.

Həmin qarşılaşma da çempionatın liderini dəyişə bilər. Belə ki, çempionatın autsayderi “Kəpəz”i qəbul edən “Qarabağ” qalib gəlməklə, ən azı 2 günlük zirvəyə sahib çıxacaq.

Şənbə günü keçiriləcək yeganə oyunda autsayderlər qrupunun digər üzvü “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Bazar günü baş tutacaq paytaxt derbisi daha çox maraq kəsb edir. Premyer Liqanın lideri “İnter” öz meydanında “altılığ”a iddialı AZAL-la üz-üzə gələcək.

Turun matçlarının yarısı isə gələn həftə baş tutacaq. Həftənin ilk günündəki 3 matçdan ən maraqlısı Zaqatalada olacaq. Zirvənin şəriki olan “Simurq” öz meydanında uda bilmədiyi “Xəzər Lənkəran”ı qəbul edəcək. Bu, cənubluların son 8 gündə 3-cü oyunu olacaq.

Əslində, günün digər 2 görüşü də az əhəmiyyət kəsb etmir. Son vaxtlar iddiaları böyüyən “Turan” özünə bənzəməyən “Bakı”nı qəbul edəcək. “Neftçi” isə ilk dövrədə uduzduğu “Rəvan”dan qisas almağa çalışacaq.

7 dekabr
16:00. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, İsgəndər Əliyev, Tahir Əhmədov
T.Bəhramov adına Respublika stadionu

8 dekabr
14:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, Ömər Paşayev
”Bayıl Arena” stadionu

9 dekabr
15:15. “İnter” – AZAL
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Orxan Məmmədov
“Şəfa” stadionu

10 dekabr
14:00. “Turan” – “Bakı”
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Teymur Fərhadov
Tovuz şəhər stadionu

16:00. “Simurq” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Zaqatala şəhər stadionu

18:00. “Neftçi” – “Rəvan”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov
8-ci kilometr stadionu

Xəbər 881 dəfə oxundu.