Klubların UEFA reytinqində dəyişikliklər olub | |
Klubların UEFA reytinqində dəyişikliklər olub.Çempionlar Liqası və Avropa Liqasında qrup mərhələsinin sonuncu - VI turunda baş tutan oyunlar klubların xal hesabını dəyişib. Azərbaycan çempionu “Neftçi”nin Milanda “İnter”lə heç-heçə etməsi bütün klublarımız üçün faydalı olub. Belə ki, hər komandamız bu heç-heçədən 0,050 xal əldə edib. Bu, ölkə reytinqinə gələn 0,250 xalın 20 faizinin klubların hesabına əlavə edilməsi sayəsində mümkün olub. Qrup mərhələsindən 2 xaldan artıq yığması isə “Neftçi”nin öz işinə yarayıb. Belə ki, “ağ-qaralar” 3-cü heç-heçəsinə görə əlavə 1 xal da qazanıb. 1 oyundan 1,050 xal toplayan çempion bununla da “Qarabağ”a çatıb. Ölkəmizin 2 ən güclü komandası Avropada 226-cı yerə şərikdir. 226. “Qarabağ” – 5,708 226. “Neftçi” – 5,708 267. “Bakı” – 3,958 291. “İnter” – 3,458 318. “Xəzər Lənkəran” – 2,958 365. AZAL – 1,958 365. “Simurq” – 1,958 |
|
Xəbər 910 dəfə oxundu. |
|
|