Messi və Kobi Türk Hava Yollarının reklamına çəkilib
“Barselona”nın ulduz futbolçusu Lionel Messi və məşhur amerikalı basketbolçu Kobi Braynt Türk Hava Yollarının reklamına çəkilib. Çəkilişləri İspaniya və Barselonada olan reklamda balaca azarkeş hər iki ulduzdan imza istəyir.

Bundan sonra Messi və Kobi uşağı heyrətləndirmək üçün bütün bacardıqlarını təyyarənin içərisində sərgiləməyə başlayır. Brayntın göstərdiyi hər hərəkətə argentinalı daha çox qarşılıq verincə, məsələ uzanır. Lakin buna təyyarədəki stüardessanın təklifi son qoyur. Balaca azarkeşi əla ala bilməyən hər iki ulduz dondurma və çay sifariş edir.

Qeyd edək ki, Messi və Kobinin çəkildiyi bu reklam hər kəs tərəfindən sevilməyə başlayıb.

Xəbər 888 dəfə oxundu.