Bojidar Bandoviç: Qələbəni qoruyub saxlaya bilərdik
“Çox maraqlı qarşılaşma alındı. Komandamız da yaxşı oyun göstərdi. Futbolçularımdan razı qaldım”. İdman.com.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib. Çernoqoriyalı mütəxəssis Topaz Premyer Liqasının “Xəzər Lənkəran”la səfər oyunu haqda fikirlərini açıqlayıb.

Bandoviç VI turdan təxirə salınan matçdakı 1:1 hesablı bərabərlikdən razı qalıb: “Xəzər Lənkəran”ın cinah hücumlarına üstünlük verdiyini bilirdik. Belə oyun üslubuna qarşı mübarizə aparmağa hazırlaşmışdıq. Meydanda əsl taktika mübarizəsi getdi. Rəqibimiz daha çox qol imkanı yaratsa da, bizim də imkanlarımız oldu. Düzdür, hesab açılandan sonra qələbəni qoruyub saxlaya da bilərdik. Təəssüf ki, bunu bacarmadıq. Amma ümumilikdə komandamdan razı qaldım”.

Xəbər 900 dəfə oxundu.