“Xəzər Lənkəran” əvəz çıxa bilmədi
Bu gün Topaz Premyer Liqasında I dövrədən təxirə salınan 1 matc keçirilib. İdman.com.az saytının məlumatına görə, “Xəzər Lənkəran” VI turun oyununda “Bakı”nı qəbul edib. Bu görüş komandaların son 19 gündə 2-ci qarşılaşması olub. Paytaxtda rəqibinə uduzan cənublular 0:2 hesablı yenilginin əvəzini çıxa bilməyiblər.

Matçda ilk qolu bakılılar vurub. Aleksandar Şoliçin fərqlənməsindən sonra “Bakı”nın sevinci çox çəkməyib. Cəmi 5 dəqiqə sonra “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev komandasını məğlubiyyətdən xilas edib. Qeyd edək ki, qarşılaşma "Xəzər Lənkəran"ın stadionunda 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar təxirə salınmışdı.


Xəbər 812 dəfə oxundu.