İrəvanda yenə Azərbaycan bayrağı yüksələcək
Ermənistanın paytaxtı İrəvanda keçirilən gənc boksçular arasında dünya çempionatında həmyerlimiz Pərviz Bağırovun (64 kq) yarımfinaldakı rəqibi müəyyənləşib.

İdman.com.az saytının məlumatına görə, 1/4 finalda litvalı Eymantas Stanionisi məğlub etməklə özü üçün ən azı bürünc medalı təmin edən 18 yaşlı idmançımız finala gedən yolda qvatemalalı Lester Normandi Martines Tutla qarşılaşacaq.

Görüş dekabrın 6-da saat 15:15-də başlayacaq. Qeyd edək ki, gənclər arasında Avropa çempionumuz olan Bağırov mərhələ adlayacağı halda, finalda Kevin Hayler Braun Bazain (Kuba) – Coşua Kelli (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər 1096 dəfə oxundu.