Hövsanda Federasiya kuboku keçiriləcək
Dekabrın 6-dan 8-dək Hövsan Olimpiya İdman Kompleksinin Örtülü salonunda kamandan oxatma üzrə Federasiya kuboku keçiriləcək. İdman.com.az saytının məlumatına görə, turnirin təşkilində əsas məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək oxatanların aşkar etməkdir.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda Azərbaycan idmançıları ilə yanaşı İran, Gürcüstan və Rusiya oxatanları da mübarizə aparacqlar.

Dekabrın 7-də saat 10.00-da Hövsan Olimpiya Kompleksində yarışların açılış mərasimi keçiriləcək. Federasiya Kubokuna dekabrın 8-də saat 12.00-da başlanacaq final mərhələsi ilə yekun vurulacaq.

Xəbər 2090 dəfə oxundu.