Danışılmış oyunlar harada çox olur
Dünyanın oyunlarda idman prinsiplərinə nəzarət edən aparıcı agentliklərdən biri olan «Sportradar» 400-dən artıq bukmeker kontorunun məlumatlarına əsasən, Avropanın ən rüşvətxor futbol ölkələrinin reytinqini tərtib edib. Son 3 ildə 97 danışılmış oyununun olması hesablanan Albaniya bu sahədə liderdir.

İdman.com.az saytının məlumatına görə, İtaliya çempionatı 70 oyunla ikinci yerdədir. Bunlardan 36-sı «A» Seriyaya aiddir. Moldova üçün bu rəqəm 66-dır. İlk onluğa həmçinin Estoniya (46), Yunanıstan (45), Rusiya (42), Makedoniya (37), Bolqarıstan (35), Latviya və Litva (31) tuturlar. Son pillələrdə Belçika (1), Fransa (2) və Niderlanddıır (2).

Xəbər 1142 dəfə oxundu.