Burak Yılmaz Hakan Şükürə ortaq oldu
«Qaziantəpspor»la oyunda komandasının bərabərlik qolunu vuran «Qalatasaray»ın hücumçusu Burak Yılmaz bununla Hakan Şükrün rekorduna ortaq olub. İdman.com.az saytının məlumatına görə, ulduz oyunçu ardıcıl 6 ev matçında rəqib qapısına qol vuran ikinci «sarı-qırmızı»lı futbolçu olub.

Burak Yılmaz «Türk Telekom Arena»da oynanan «Bursaspor», «Ağhasar Bld.», «Əskişəhərspor», «Kayserispor» və «Karabükspor» matçlarından sonra «Qaziantepspor»un da qapısına yol tapıb. «Qalatasaray»da daha öncə bu uğuru göstərən Hakan Şükür 1996-1997-cı illər mövsümündə 8-17-cu turlar arasındakı 6 ev matçında qol vurmuşdu.

Burak Yılmazın Çempionlar Liqasında ÇFR və «Mançester Yunayted»lə oyunlarda da vurduğu qolları nəzərə alsaq, onun ardıcıl qolu ev matçlarının sayı 8-ə çatıb. Bu oyunlarda o, 9 qol vurub.


Xəbər 1281 dəfə oxundu.