Milli Qəhrəmanın xatirəsinə
Paytaxtın Gənclər və İdman Baş İdarəsi Mərkəzi Ordu İdman Klubunun idman salonunda Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər XII açıq turniri keçirib. İdman.com.az saytının məlumatına görə, turnirdə 44 idmançı 8 çəki dərəcəsində mübarizə aparıb.

56 kq çəki dərəcəsində Fərrux Fətəliyev 62 kq-da Elşad Şərifov (hər ikisi - Şamaxı. «Zirvə» İK), 69 kq-da Qorxmaz Əsədzadə (Lənkəran, «Zirvə» İK), 77 kq-da Emil Bağırov (8 saylı UGİM), 85 kq-da Kamran Beskov (8 saylı UGİM), 94 kq-da Dadaş Dadaşbəyli (Qobustan UGİM), 105 kq-da Ağazaman Əliyev (8 saylı UGİM), +105 kq-da Əziz Nurməmmədov qalib olublar.

Xəbər 1070 dəfə oxundu.