Zərdabda Zərdabini andılar
Zərdabda Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş şahmat üzrə VIII ənənəvi respublika turniri keçirilib. İdman.com.az saytının məlumatına görə, turnirdə 18 rayonun və Bakı Şahmat Məktəbinin 130-dan çox idmançısı iştirak edib. Yarışlar 5 yaş qrupu üzrə keçirilib.

Altı gün davam edən turnirdə ayrı-ayrı qruplar üzrə 11 mükafatalayiq yer tutan Zərdab şahmatçıları ən yüksək göstəriciyə nail olublar. Sonrakı yerləri Ucar (5 yer), Samaxı və Ağcabədi (hər biri - 3 yer), Zaqatala (2 yer), Hacıqabul, Masallı, Astara, Şirvan və Goranboy (hər biri 1 yer) tutublar.

Turnir çərçivəsində idmançıların Həsən bəy Zərdabinin adı ilə bağlı tarixi yerlərə, o cümlədən görkəmli təbiətşünas alim, maarifpərvər ziyalı və milli Azərbaycan mətbuatının banisinin ev-muzeyinə, abidəsinə, rayon tarix-diyarşünaslıq muzeyinə, həmçinin Zərdabın görməli yerlərinə ekskursiyaları təşkil olunub.

Xəbər 839 dəfə oxundu.