Hokkeyçilərimizin inamlı qələbəsi
Qətərin paytaxtı Dohada Dünya Otüstü Hokkey Liqası yarışlarına start verilib. Azərbaycanın kişilərdən ibarət milli komandası da bu mötəbər yarışın birinci mərhələsində mübarizə aparıb. Reytinq cədvəlində 38-ci yeri tutan hokkeyçilərimiz ilk oyunlarını meydan sahiblərinə qarşı keçiriliblər və 5:4 hesablı qələbə qazanıblar.

Lakin sonrada Qətər yığması yarışdan kənarlaşdırıldığından bu nəticə qeydə alınmayıb. Bununla belə komandamız növbəti oyunları da qələbz ilə başa vuraraq yarışı 1-ci pillədə başa vurub. Hokkeyçilərimiz əvvəlcə Türkiyə millisi ilə qarşılaşmada böyük hesablı qələbə qazanıb - 4:0. Komandamız sonrakı görüşlərdə

İdman.com.az saytının məlumatına görə, Oman təmsilçilərini 3:1, Şri Lanka yığmasını 4:3 hesabı ilə üstəyərək yarışı maksimum nəticə ilə başa vurub. Turnirdə inamlə qələbə Azərbaycan yığmasına ikinci mərhələuə vəsiqə verib.

Yekun cədvəl:

1. Azərbaycan 3 3 0 0 11-4 9
2. Şri Lanka 3 1 0 2 12-10 3
3. Oman 3 1 0 2 8-10 3
4. Türkiyə 3 1 0 2 6-13 3

Xəbər 1071 dəfə oxundu.