Kyokuşin karatedə Avropa çempionu
Polşanın Kelçi şəhərində kyokuşin karate üzrə 22 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilib. İdman.com.az saytının məlumatına görə, yarışda ölkəmizi 6 idmançı təmsil edib.

Qitə birinciliyində 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov rumıniyalı, bolqarıstanlı və latviyalı rəqiblərini nokautla məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə Ukrayna idmançısını tam üstünlüklə məğlub edən S.Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız çempionatın “Ən texnikalı döyüşçü”sü seçilib.

Xəbər 2479 dəfə oxundu.