“Los Anceles Qalaksi” Bekhemi yeni futbolçu ilə əvəzləmək istəyir
“Los Anceles Qalaksi” Devid Bekhemi yeni futbolçu ilə əvəzləmək istəyir. Bu haqda klub prezidenti Tim Leyveke açıqlama verib:
“Kakanın bizim çempionata olan diqqətini bilirik. Biz də öz istəyimizi açıq şəkildə bildirmişik. “Real”la yaxşı münasibətimiz var. Bekhemin transferində bunu sübut etmişdik. İndi də Kakanın keçidində ən münasib yolu seçəcəyimizə inanıram”.
Qeyd edək ki, Kaka 2009-cu ildə 65 milyon avro müqabilində “Real”a transfer olub. Braziliyalı futbolçunun Madrid təmsilçiləriylə olan müqaviləsi 2015-ci ildə başa çatacaq.

Xəbər 899 dəfə oxundu.