Bu gün daha 3 boksçumuz İrəvan rinqinə çıxacaq
Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında boks üzrə dünya birinciliyində bu gün daha 3 boksçumuz rinqə çıxacaq. Bakı vaxtı ilə saat 16:45-də Rahil Məmmədli (91 kq) Puerto Riko nümayəndəsi Sahret Delgado ilə üz-üzə gələcək.
Tural Əhmədov (52 kq) saat 19:45-də norveçli Hadi Srourla qarşılaşacaq. Gənclər arasında Avropa çempionu Rauf Rəhimov saat 21:00-da rinqə çıxacaq. Onun rəqibi gürcüstanlı Aleksadr Dokvadze olacaq.

Xəbər 920 dəfə oxundu.