Türk futbolçu «Rubin»i özbaşına tərk etdi
Rusiyanın Kazan «Rubin»inin türk futbolçusu Göyxan Təpə komandanı tərk edib. Yarımmüdafiəçi komandanı özbaşına tərk etdiyini bildirib. O, bu addımının təfərrüatlarını açıqlamayıb: «Buna ciddi səbəblər var və bu barədə indi danışmaq istəmirəm».

İdman.com.az saytının məlumatına görə, «Rubin»lə bu ilin iyulunda anlaşan Təpənin harada olması barədə klubdan da xəbər verə bilməyiblər. Onun sadəcə xəstə olduğu deyilib.

Rusiya mətbuatı 20 yaşlı futbolçunun qaçışını onun agentinin bəyanatı ilə əlaqələndirib. Noyabrın 22-də Təpənin nümayəndəsi Georq Yablukov Tatarıstanın prezidenti Rüstəm Minnixanova açıq məktub yazıb. Agent orada qeyd edib ki, «Rubin»in nümayəndələri transfer zamanı Göyxan Təpədən 500 min avro “qoparıblar” və bunda komandanın baş məşqçisi Qurban Beldiyevin də əli var.

Beldiyev bundan sonra ünvanına söylənənləri rədd edərək, bunun Kazan klubuna qarşı təxribat olduğunu deyib. Mətbuat yarımmüdafiəçinin Türkiyəyə döndüyü və klubla müqaviləsini ləğv etmək istədiyi yazır. Futbolçu özü isə İstanbula agent işləri ilə bağlı qayıtdığını söyləyib.

Xəbər 1190 dəfə oxundu.