«Qızıl top»a namizəd – yenə ənənəvi üçlük
Dünən Braziliyanın San Paulo şəhərində 2012-ci ilin «ən yaxşı»ları olmağa namizədlərin yekun siyahısı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, «qızıl top»a namizəd yenə də ənənəvi üçlük – «Real»ın portuqaliyalısı Kriştianu Ronaldu, «Barselona»nın argentinalısı Lionel Messi və eyni klubun ispan futbolçusu Andres İnyestadır.

Qalib dünya milli komandalarının baş məşqçilərinin, kapitanlarının, eləcə də jurnalistlərin səsverməsi nəticəsində müəyyənləşəcək və yanvarın 7-də məlum olacaq.

Eyni zamanda ilin məşqçisi seçiminə və FİFA rəmzi yığmasına namizədlərin siyahısı açıqlanıb. İlin ən yaxşı məşqçisi olmağa namizədlər də ispan futbolu ilə bağlıdılar. Bunlar «Barselona»nın keçmiş sükançısı Xosep Quardiola, İspaniya yığmasının çalışdırıcısı Visente Del Boske və «Real»ın başında olan Joze Maurinyodur.

Xəbər 491 dəfə oxundu.