Bekhemin etirafı
İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem karyerasını davam etdirmək üçün vətənə dönəcəyəni etiraf edib. AzNews.az xəbər verir ki, 37 yaşlı futbolçu hazırda «Los Anceles Qalaksi» ilə vidalaşmağa hazırlaşır. Yarımmüdafiəçinin sözünə görə, daha bir sonuncu sınağa ehtiyacı var.

Premyer Liqada KPR və «Vest Hem» klubları Bekhemi sıralarında görmək istədikləri bildiriblər. Futbolçu özü bu barədə deyib: «Mən həmişə demişəm ki, yenidən İngiltərəyə dönüb oynamaq çətin olacaq. Çünki mən dünyanın və İngiltərənin ən yaxşı komandası «Mançester Yunayted»də oynamışam.

Bu səbəbdən də, özümü Premyer Liqada başqa klubda təsəvvür etmirəm. Ancaq heç vaxt nə baş verəcəyini bilmirsək. Mənim artıq bir neçə variantım var. Düşünürəm ki, indi İngiltərədə daha çox vaxt keçirəcəyəm ki, uşaqlarım öz nənə və babaları ilə tez-tez görüşə bilsinlər. Son 6 ildə onlar çox az görüşüblər».

Xəbər 1061 dəfə oxundu.