Koreya çempionatında II dövrənin II turunun oyunlarına yekun vurulub
Qadın voleybolçular arasında Koreya çempionatında II dövrənin II turunun oyunlarına yekun vurulub. Tur çərçivəsində Azərbaycan millisinin oyunçusu Yana Ağayevanın şərəfini qoruduğu “Hyundai” GS-nın qonağı olub.

Matç 3:0 (25:23, 25:16, 25:13) hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Ağayeva görüşdə 18 xal toplayıb.

Qeyd edək ki, “Hyundai” bundan öncə KGC-yə eyni hesabla qalib gəlmişdi.

Xəbər 879 dəfə oxundu.