Elhad Nəziri Moldova karyerasında uğursuzluq yaranıb
Azərbaycan milli komandasının futbolçusu Elhad Nəziri Moldova karyerasında uğursuzluq yaranıb. Müdafiəçi çıxış etdiyi “Milsami”nin son turda “Daçiya”ya 0:1 hesabı ilə yenildiyi oyunda yenə meydana çıxmayıb.

Kişinyovda hesab erkən açılıb. Artıq 5-ci dəqiqədə “Daçiya”nın çernoqoriyalı yarımmüdafiəçisi Miloş Krkotiç penalti zərbəsindən fərqlənib. Nəziridən fərqli AZAL-ın sabiq hücumçusu Georgi Boqyu 90 dəqiqə meydanda olub. Bununla belə, 13 qolla Moldova çempionatının hazırkı bombardiri olan Boqyu da rəqib qapısına yol tapa bilməyib.

Qeyd edək ki, “Milsami” bu məğlubiyyətdən sonra 5-ci pilləyə düşüb. Orhey təmsilçisi 28 xala malikdir.

Xəbər 883 dəfə oxundu.