Ronaldinyo “Atletiko Mineyro” klubu ilə yeni müqaviləyə imza atıb
Ronaldinyo “Atletiko Mineyro” klubu ilə yeni müqaviləyə imza atıb. Braziliyalı futbolçu daha 1 il bu komandanın şərəfini qoruyacaq. Bu barədə futbolçunun özü açıqlama verib:
“Burada özümü xoşbəxt hiss edirəm. Mənə burada böyük hörmətlə yanaşırlar və komandamızın çox yaxşı azarkeşləri var”.
Qeyd edək ki, bu ilin iyununda “Flamenqo”dan “Atletiko Mineyro”ya keçən 32 yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində 33 oyuna 10 qol vurub.

Xəbər 855 dəfə oxundu.