“Traktorsazi” İran Pro Liqasında növbəti oyununu keçirib
“Traktorsazi” İran Pro Liqasında növbəti oyununu keçirib. Təbriz klubu XVI turda “Aluminium Hormozqan”ı qəbul edib.
“Traktorsazi” austayderlər qrupunda yer alan rəqiblə oyundan bir xalla ayrılıb. Hesabı 62-ci dəqiqədə qonaq komanda açıb. 11 dəqiqə sonra “Traktorsazi”dən Ehsan Hacsafi bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, “Traktorsazi” 16 turdan sonra 25 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər 1046 dəfə oxundu.