Avroliqanın qrup mərhələsinin V turunda təxirə salınan oyun keçirilib
Avroliqanın qrup mərhələsinin V turunda təxirə salınan oyun keçirilib. İspaniyanın “Atletik” klubu İsraildə “Hapoel”ə 2:0 hesabı ilə qalib gəlib. Bilbao təmsilçisi 34-cü dəqiqədə Loryente və 75-ci Tokeronun vurduğu qollarla qələbəni qazanıb.

Bununla da “Atletik” sonuncu pilləni rəqibi 4 xalla 3-cü pilləyə yüksəlib. Bu, onun qrup mərhələsində ilk qələbəsi olub. “Neftçi”ni Çempionlar Liqasında mübarizədən kənarlaşdıran “Hapoel” isə hələ ki qələbəsi yoxdur və 2 xalla qrup sonuncusudur.

Qeyd edək ki, I qrupundakı bu oyun təhlükəsizlik məsələlərinə görə noyabrın 22-də keçirilməyib.

Xəbər 851 dəfə oxundu.